Almaniyalı nazir Ukraynada səfərdədir
- 24 oktyabr, 2025
- 10:27
Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Kiyevə gedib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Ukrayna müharibənin dördüncü qışı ilə üz-üzədir və Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları gücləndirərək, qışda elektrik və istilik təminatını böyük təhlükə altına qoyur", - o, Ukrayna paytaxtına gəlişi zamanı bildirib.
Nazirin sözlərinə görə, enerji təchizatının bərpası və təmin edilməsi üçün təxirəsalınmaz yardıma ehtiyac var. Bununla əlaqədar o, səfəri zamanı Almaniyanın bu sahədə necə daha konkret və səmərəli dəstək göstərə biləcəyini müəyyənləşdirməyi vəd edib.
Bundan başqa, səfər çərçivəsində Almaniya ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə də xüsusi diqqət ayrılacaq.