Almaniya Gürcüstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
Region
- 19 oktyabr, 2025
- 14:10
Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfir Peter Fişerin məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, qərar Gürcüstan hökuməti ilə Almaniya və Avropa İttifaqı (Aİ) arasında son aylarda artan gərginlik fonunda qəbul edilib.
Nazirliyin məlumatına görə, uzun aylardır Gürcüstan rəhbərliyi Avropa İttifaqına, Almaniyaya və şəxsən Almaniyanın səfiri Peter Fişerə qarşı təbliğat aparır. Buna uyğun olaraq, Almaniyanın xarici işlər naziri Yohannes Vadeful səfir Fişeri "işin gələcək istiqamətini müəyyən etmək məqsədilə" məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Bildirilir ki, sabah Aİ-nin Xarici Əlaqələr Şurası Gürcüstanla bağlı vəziyyəti müzakirə edəcək.
Son xəbərlər
03:16
Luis de la Fuente: "Düşünürəm ki, matçın taleyi daha tez həll olunmalı idi"
Futbol02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya yığması yeni rekord müəyyənləşdirib
Futbol02:19
De la Fuente dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17
Ferran Torres İspaniya - Argentina matçının ən yaxşısı seçilib
Futbol02:13
Mbappe DÇ-2026-nın bombardiri olub
Futbol02:02
İspaniya DÇ-2026-nın qalibi olub - YENİLƏNİB-6
Futbol01:40
Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edib
Digər ölkələr01:20