Aİ İrana qarşı sanksiyaların tətbiqinin dayandırılması müddətini uzadıb
Region
- 25 noyabr, 2014
- 14:36
Bakı. 25 noyabr. REPORT.AZ/ Vyanada İranın nüvə proqramı üzrə əldə olunan razılaşmalarla əlaqədar Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı sanksiyaların tətbiqinin dayandırılması müddətini 2015-ci il iyun ayının 30-dək uzadıb. Bu barədə "Report" Aİ Şurası mətbuat xidmətinin bəyanatına istinadən xəbər verir.
"Şura "altılıq" ölkələri ilə İran arasında 2013-cü il noyabrın 24-də razılaşdırılmış birgə fəaliyyət planında qeyd olunan Aİ məhdudlaşdırıcı tədbirlərin dayandırılma müddətini 2015-ci il iyun ayının 30-dək uzadıb. Bu "altılıq"la İranın həmin müddətə qədər birgə fəaliyyət planı tədbirlərinin müddətinin uzadılması haqqında qərardan sonra qəbul olunub", - məlumatda deyilir.
Son xəbərlər
23:10
"İnter Mayami" Kazemironu transfer edib
Futbol23:07
SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Region23:03
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
Fərdi22:59
Foto
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Xarici siyasət22:50
Maduronun işi üzrə məhkəmə prosesinin başlanma tarixi açıqlanıb
Digər ölkələr22:33
Yuri Vernidub: "Məğlubiyyətə görə mən günahkaram"
Futbol22:23
Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir
Digər ölkələr22:14
Aleksandr Şaqoyko: "Neftçi" ilə cavab matçında səhvlərimizi aradan qaldırmağa çalışacağıq"
Futbol22:14