Aİ Ermənistana hibrid kiberhücumların qarşısının alınması üçün 12 milyon avro ayıracaq

Region
  • 02 dekabr, 2025
  • 12:01
Aİ Ermənistana hibrid kiberhücumların qarşısının alınması üçün 12 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Ermənistana 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində mümkün hibrid təhdidlərə qarşı mübarizə, eləcə də kibertəhlükəsizliyin gücləndirilməsi üçün 12 milyon avro ayırmağı planlaşdırır.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə siyasəti üzrə komissarı Marta Kos jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu vəsait təkcə Ermənistan hökuməti üçün nəzərdə tutulmayacaq, həm də hibrid təhdidlərlə effektiv mübarizədə mühüm rol oynayan vətəndaş cəmiyyəti və media tərəfindən istifadə edilə bilər.

Komissar qeyd edib ki, bu dəstək Ermənistanın müvafiq qurumlarının hibrid təhdidləri proqnozlaşdırmaq və onlara cavab vermək imkanlarını artıracaq.

Son xəbərlər

Bütün Xəbər Lenti