Aİ Cənubi Qafqazda sülh prosesini dəstəkləmək üçün ciddi addımlar atmağa hazırdır

Region
  • 02 dekabr, 2025
  • 16:27
Aİ Cənubi Qafqazda sülh prosesini dəstəkləmək üçün ciddi addımlar atmağa hazırdır

Avropa İttifaqı (Aİ) üçün əsas prioritet Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin normallaşması olaraq qalır.

Bu barədə "Report"un Avropa bürosunun sualına cavab olaraq Avropa diplomatiyasının başçısı Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə keçirilən mətbuat konfransında bildirib.

"Bu nəqliyyat əlaqəsi, rifah, eyni zamanda bu ölkələrdəki bütün insanlar üçün vacibdir. Biz məhz bunun üçün nə edə biləcəyimizi müzakirə etdik", - K.Kallas regionda sülhə kömək etmək üçün Aİ-nin nə edə biləcəyi barədə sualı cavablandırarkən söyləyib.

Onun sözlərinə görə, Aİ bütün tərəfdaşlar və tərəflərlə görüşlər keçirə, ikitərəfli və çoxtərəfli görüşlərdə müxtəlif məsələləri müzakirə edə bilər.

"Konkret addımları müzakirə etmək üçün regional forumlar keçirmişik. Bəzən hər şey - sərhəd-buraxılış məntəqələrinin açılması, nəqliyyat əlçatanlığı, dəmir yolları və ya enerji infrastrukturuna gedib çıxır", - K.Kallas qeyd edib.

Bununla yanaşı, K.Kallas vurğulayıb ki, Aİ ölkələr arasında normallaşma prosesini dəstəkləmək üçün daha ciddi addımlar atmağa hazırdır və Azərbaycanla Türkiyəni bu istiqamətdə addımlar atmağa çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti