ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
Region
- 24 aprel, 2021
- 21:29
Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Devid Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Report" Türkiyə XİN-ə istinadən məlumat verir.
Səfirə ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”ilə bağlı bəyanatına ölkənin reaksiyası çatdırılıb.
Diplomat Türkiyə XİN başçısının müavini Sedat Ünal tərəfindən qəbul edilib.
Tarixi və hüquqi baxımdan heç bir əsası olmayan açıqlamanın qəbul edilməzliyi, bütünlüklə rədd edilməsi və ən sərt şəkildə qınanıldığı ifadə edilib.
Baydenin bəyanatının beynəlxalq hüquq baxımından etibarsız olduğu və münasibətlərə bərpası çətin zərbə vurduğu qeyd edilib.
Son xəbərlər
12:52
Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır
Elm və təhsil12:50
"Nyukasl" Çexiya millisinin qapıçısı Lukaş Horniçekin transferini açıqlayıb
Futbol12:49
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub
Hadisə12:39
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb
Region12:36
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət12:24
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Ekologiya12:20
Türkiyə ərazisi ilə yarım ildə 97 milyon barelə yaxın BTC nefti nəql olunub
Energetika12:18
"İnter Mayami" Kevin De Brüyneni transfer etmək istəyir
Futbol12:10