ABŞ rəsmisi: İranla danışıqlara hazırıq
- 25 sentyabr, 2025
- 15:41

ABŞ İranla danışıqlara hazırdır.
"Report" "Tasnima" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti rəsmi nüayəndəsinin müavini Minon Hyuston "Al Jazeera"ya müsahibəsində bildirib.
O deyib ki, ABŞ İranı danışıqlara qoşulmağa dəfələrlə çağırıb:
"Bu baxımdan bir çox imkanlar mövcuddur".
Minon Hyustonun sözlərinə görə, rəsmi Vaşinqton Tehranın beynəlxalq müfəttişləri qəbul etməyə hazır olmasını istəyir.
Dövlət Departamentinin rəsmisi Avropa "üçlüyü"nün ( Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı sanksiyaya qayıdışı (snapback) işə salma mexanizmini aktivləşdirmək üçün atdığı addımlara işarə edərək vurğulayıb:
"Bu sanksiyalara baxmayaraq, biz hələ də danışıqlara hazırıq".
ABŞ-nin Qərbi Asiya üzrə nümayəndəsi Stiv Vittaker isə ondan bir neçə saat əvvəl müsahibəsində bildirib:
"Biz iranlılarla danışıqlar aparmağa hazırıq, niyə də olmasın?!"
Mütəxəssis İranın çətin vəziyyətdə olduğunu bildirərək qeyd edib ki, Tehanla danışıqlar daha çox uranın zənginləşdirməsinin yoxlanılması və nüvə silahının olmamasının yoxlanılmasına yönələcək.