ABŞ rəsmiləri Qazaxıstan və Özbəkistana səfər edəcəklər

Region
  • 25 oktyabr, 2025
  • 09:58
ABŞ rəsmiləri Qazaxıstan və Özbəkistana səfər edəcəklər

ABŞ-nin Cənubi və Orta Asiya məsələləri üzrə xüsusi elçisi Sercio Qor və Dövlət katibinin müavini Kristofer Landau 26-30 oktyabr tarixlərində Qazaxıstan və Özbəkistana səfər edəcəklər.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

Səfər zamanı ABŞ nümayəndələri iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi də daxil olmaqla genişspektrli məsələləri müzakirə etmək üçün hər iki ölkənin hökumət rəsmiləri ilə görüşəcəklər.

"ABŞ münasibətləri möhkəmləndirmək və ticari-iqtisadi əlaqələri genişləndirmək üçün Mərkəzi Asiya tərəfdaşları ilə əməkdaşlıq etməyə davam edəcək. Amerika tərəfi, həmçinin ikitərəfli əməkdaşlığı dərinləşdirmək və "C5+1" diplomatik platforması çərçivəsində ABŞ-Mərkəzi Asiya tərəfdaşlığının 10-cu ildönümünü qeyd etmək niyyətindədir", - bəyanatda qeyd edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti