ABŞ dövlət katibi Gürcüstana səfər edəcək
Region
- 05 fevral, 2015
- 13:12
Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri yaxın zamanda Gürcüstana səfər edəcək.
"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ-a səfərinin yekununa dair keçirdiyi mətbuat konfransında Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili deyib.
Onun sözlərinə görə, yaxın zamanda Tiflisdə Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq xartiyasının gerçəkləşdirilməsi məsələləri üzrə plenar sessiya keçiriləcək.
Nazir tədbirin keçiriləcəyi tarixi açıqlamasa da, sessiyanın işində Con Kerrinin iştirak edəcəyini söyləyib.
Xatırladaq ki, bu sənəd 2009-cu ilin yanvarında Vaşinqtonda imzalanıb. Xartiya təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat və humanitar sahələri əhatə edir.
Son xəbərlər
01:11
Tramp: İrana güclü zərbə endirəcəyik
Digər ölkələr00:42
Ağ Ev COVID-19-un laboratoriya mənşəli olması barədə məlumatlar təqdim edib
Digər ölkələr00:15
Hakan Fidan HƏMAS lideri ilə görüşüb
Region23:54
Serbiya parlamenti hökumətə etimadsızlıq qətnaməsini rədd edib
Digər ölkələr23:53
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol23:50
Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb
Digər ölkələr23:44
Ukrayna HHQ: Rusiya ordusunun raket və PUA hücumu gözlənilir
Digər ölkələr23:36
Zelenski bu gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi zərbəsini istisna etməyib
Digər ölkələr23:32