ABŞ Gürcüstanın Müdafiə Nazirliyinə 10,4 milyon dollardan çox qrant ayırır

Region
  • 24 dekabr, 2025
  • 15:04
ABŞ Gürcüstanın Müdafiə Nazirliyinə 10,4 milyon dollardan çox qrant ayırır

Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti Gürcüstanın Müdafiə Nazirliyinə ümumi dəyəri 10,4 milyon dollardan çox olan qrant ayıracaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, müvafiq qərarla bağlı ölkənin Baş naziri İrakli Kobaxidze ABŞ hökuməti tərəfindən Müdafiə Nazirliyinə ayrılan qrantların təsdiqlənməsini nəzərdə tutan hökumət fərmanını imzalayıb.

Qeyd edək ki, sözügedən qrantlar Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və texniki təminatın yaxşılaşdırılmasına yönəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti