Xocalının Xanyurdu və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb

Qarabağ
  • 14 noyabr, 2025
  • 11:53
Xocalının Xanyurdu və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb

Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə (55 nəfər), Xanyurdu kəndinə isə 12 ailə (34 nəfər) qayıdır.

Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla da Şuşakənd kəndinə qayıdan ailələrin sayı 61 ailə (230 nəfər), Xanyurdu kəndinə köçürülən ailələrin isə 99-a (340 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti