Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Qarabağ
  • 03 sentyabr, 2025
  • 19:08
Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Yaxın vaxtlarda Qarabağda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu keçiriləcək.

Bu barədə "Report"a QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.

Onun sözlərinə görə, forum "Konstitusiya və Suverenlik İli"nə həsr olunacaq.

Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü diqqətə çatdırıb:

"Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxı şəhərlərində keçirilib. Yəni ilk dəfədir ki, proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur".

Xatırladaq ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması hesab edilən illik toplantısı - Əməkdaşlıq Forumu artıq üç ildir təşkil olunur. Tədbir 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda yerləşən Konqres Mərkəzində keçirilib.