Putin və Ərdoğan Ağdamda yerləşəcək Monitorinq Mərkəzi ilə bağlı məsələni müzakirə ediblər
Qarabağ
- 13 yanvar, 2021
- 12:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
V.Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb.
Bildirilib ki, V.Putin və R.T.Ərdoğan Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.
R.T.Ərdoğan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.
Son xəbərlər
15:38
"Lənkəran" komandasının "Araz-Naxçıvan" oyununa çıxmamasının təfərrüatları məlum olub
Futbol15:36
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - YENİLƏNİB
Ekologiya15:36
Foto
"Nar" 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi
İKT15:31
"Kəpəz"də struktur dəyişikliyi həyata keçirilib
Futbol15:28
Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları artıb
Maliyyə15:27
Foto
"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib
İnfrastruktur15:22
İsveçrə İranın Naxçıvana zərbələrindən sonra Azərbaycanla həmrəyliyini ifadə edib
Xarici siyasət15:19
Azərbaycanda hüquqi şəxsin iflas prosesində olması barədə məlumat dövlət reyestrinə daxil ediləcək
Maliyyə15:19