Prezidentin köməkçisi: “Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”
- 13 mart, 2021
- 19:05

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, Hikmət Hacıyev bu sözləri yazıb: “Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.
Shahbulag. AGDAM. Falsified mythic story about tigranakert is over. pic.twitter.com/oTFSeC1ZWG
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 13, 2021