Praqada ermənilərin təxribatının qarşısı alındı
Qarabağ
- 16 dekabr, 2020
- 04:46
Çex Respublikasının paytaxtındakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarların olduğu kağızlar yapışdırıblar.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.
Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.
Son xəbərlər
10:06
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə10:04
Foto
Bərdədə yeni qəbiristanlığın salınması nəzərdə tutulan əraziyə baxış keçirilib
Daxili siyasət09:58
Türkiyədə minik maşını avtobusa çırpılıb, üç nəfər ölüb
Region09:57
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Sağlamlıq09:55
Rusiya Kiyevə zərbə endirib, ölən və yaralananlar var
Digər ölkələr09:50
Foto
Rusiyanın Kramatorska hücumları: azərbaycanlıların əmlakı zərər görüb
Region09:49
"Roma" Endriki heyətinə qatmaq istəyir
Futbol09:37
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Energetika09:37