Laçın sakini: Arıçılıq təsərrüfatımı genişləndirməyi planlaşdırıram

Qarabağ
  • 30 iyul, 2026
  • 14:47
Laçın sakini: Arıçılıq təsərrüfatımı genişləndirməyi planlaşdırıram

Laçına köçəndə mənə 20 arı ailəsi verilmişdi, hazırda onların sayını 50-yə çatdırmışam.

Bu fikirləri "Report"un Laçına ezam olunan əməkdaşına rayonun Sus kənd sakini Şahin İsgəndərov bildirib.

"Doğma yurdumuza qayıtdıqdan sonra məşğulluq məsələsini əsas problem kimi düşünürdük. Amma qısa vaxtda Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Dövlətimiz sağ olsun, lazımi dəstək göstərildi, arıçılıq təsərrüfatımı yaratdım. İndi onu genişləndirməyi planlayıram. Bu ilimiz çox yaxşı oldu, bol məhsul götürmüşük. Təsərrüfatı genişləndirmək üçün burada gözəl şərait var. Laçının zəngin təbiəti var - akasiya, qaratikan, təbii çiçəklərlə zəngindir. Bu yerlərdə arılar yaxşı işləyir. Mövsümün əvvəlində arılar söyüd ağaclarından da nektar toplayır", - o bildirib.