İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində olublar - VİDEO
Qarabağ
- 16 mart, 2021
- 20:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfərindən sonra Daşaltı kəndində olublar.
“Report”un məlumatına görə, avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib:
“Burada Daşaltı kəndidir. Daşaltı kəndi ilə tanış olacayıq. Məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olublar. Azərbaycanın gözəl təbiəti göz önündədir. Qarabağ torpağıdır. Bundan sonra azərbaycanlılar burada əbədi yaşayacaq”.
Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.
Son xəbərlər
17:30
Avropalı diplomatlar İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsini müzakirə edəcəklər
Digər ölkələr17:10
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Hadisə16:44
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Sağlamlıq16:30
Türkiyə Nazirlər Kabineti NATO sammitini, İranı və Ukraynanı müzakirə edəcək
Region16:18
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Digər ölkələr16:04
Ukraynanın Baş naziri istefa verəcək
Digər ölkələr15:56
Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Hadisə15:43
İraqın Baş naziri neft və qaz sazişlərini müzakirə etmək üçün sabah Vaşinqtona səfər edəcək
Digər ölkələr15:23
Video