Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində ölkəsinə təhvil verildi
Qarabağ
- 15 dekabr, 2020
- 16:09
Bu ilin iyul ayında Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.
"Report" xəbər verir ki, dekabrın 15-də əsir və girovların dəyişdirilməsi ilə bağlı əldə olunmuş qarşılıqlı razılaşmaya uyğun olaraq Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində hər iki tərəfdən olan heyətlərin iştirakı ilə Ermənistana təhvil verilib.
Son xəbərlər
11:16
Video
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət11:09
Foto
Azərbaycan taekvondoçuları Avropa birinciliyində 15 medal qazanıblar
Fərdi11:02
BDYPİ hərəkət iştirakçılarına çağırış edib
Daxili siyasət11:01
Azərbaycan Ordusunun inkişafı regionda təhlükəsizlik baxımından vacib faktordur - RƏY
Hərbi10:58
Bu il Azərbaycanda ən çox tələb olunan peşələr məlum olub
Sosial müdafiə10:57
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci açıqlayıb
Biznes10:52
Tramp 2020-ci il seçkilərini ləğv etməyə cəhddə şübhəli bilinənləri əfv edib
Digər ölkələr10:49
Aleksey İsayev Bakı klubunun heyətində çempionatda yubiley matçına çıxıb
Futbol10:35