Ermənilərin Gəncə terroru azyaşlı qızı ailəsiz qoydu
Qarabağ
- 23 oktyabr, 2020
- 08:43
Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev dağılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılıb.
Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları olub.
Hazırda Şəhnəzərovlar ailəsinin tək yadigarına qohumları baxır, baş verənləri anlamayan Xədicənin gözləri isə əzizlərini axtarır, dili isə yalnız ana deyir.
Ermənilərin Gəncə terroru azyaşlı qızı ailəsiz qoydu
Son xəbərlər
06:51
DÇ-2026: Meksika - Ekvador oyununda ilk hissə bitib - YENİLƏNİR-2
Futbol06:47
Vens: ABŞ İranla münasibətlərdə "qamçı və şirniyyat" metodundan istifadə edir
Digər ölkələr06:12
Mark Rütte: ABŞ İrana qarşı əməliyyatında Avropa bazalarından 5 000 uçuş həyata keçirib
Digər ölkələr05:50
DÇ-2026-nın oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı 5 milyona çatıb
Futbol05:47
Tramp kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanıb
Digər ölkələr05:39
Qrem Potter: "Bu dünya çempionatında Fransadan daha güclü komanda görməmişəm"
Futbol05:26
Didye Deşam: "Qarşıdakı iki gündə İsveç üzərində qazanılan qələbənin sevincini yaşayacağıq"
Futbol05:20
Vens: Çin energetikanın inkişafı sayəsində ABŞ-ni süni intellekt sahəsində qabaqlayır
Digər ölkələr04:59