Ermənilər Tərtərin kəndini atəşə tutublar
Qarabağ
- 26 avqust, 2020
- 08:08
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05.00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.
Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.
Son xəbərlər
10:09
Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət olub
Hadisə10:08
Gəncədə qadın evdə ölü körpə doğub
Hadisə10:08
"Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə10:04
"Milan" Rafael Leaonun müqavilə müddətinin uzadılmasında ciddi problemlə üzləşib
Futbol10:04
İsrail hava hücumundan müdafiə sistemləri iki PUA-nı ələ keçirib
Digər ölkələr10:03
İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib
Region10:00
İsrail ordusu İranın paytaxtına genişmiqyaslı hücumlar həyata keçirir
Digər ölkələr10:00
Bu qırmızı dayanmaq üçün deyil, cəmi 4 günlük fürsəti tutmaq üçündür, yəni "Baku Electronics"də "Diqqət Qırmızıdadır"!
Biznes09:37