Əfqanıstan səfiri Azərbaycan xalqını təbrik edib
Qarabağ
- 20 noyabr, 2020
- 12:44
Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Azərbaycan xalqını Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, diplomat bunu tarixi an kimi qiymətləndirib.
"Ağdam şəhəri 28 illik işğaldan sonra azad edildi. Azərbaycan xalqı sevincli anları qeyd edir. Azərbaycan xalqının sevincini bölüşürük. Azərbaycana gəldiyimdən bəri 28 illik işğalın sona çatdığını, rayon, şəhər, qəsəbə və kəndlərin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu tərəfindən bir-birinin ardınca azad olunduğunu görürük. Azərbaycan xalqını və ordusunu təbrik edirik!", - səfir qeyd edib.
Son xəbərlər
10:32
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı mayda 6 dəfə azalıb
İKT10:26
Azərbaycanda mayda 195 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb
Maliyyə10:24
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-3
Digər ölkələr10:24
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə start verib
Fərdi10:14
Foto
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Daxili siyasət10:14
Video
NİİM: Sükan arxasında telefon istifadəsi qəzaların sayını artırır
Hadisə10:12
Foto
Video
"AzInTelecom" IV Milli Kibertəhlükəsizlik Forumunda
İKT10:05
General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir
Hərbi10:02