Dörd aydan çoxdur koma vəziyyətində olan Vətən müharibəsi qazisi vəfat etdi
Qarabağ
- 12 fevral, 2021
- 17:20
Dörd aydan çoxdur koma vəziyyətində olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.
“Report”un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı idi. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib.
Tacəddin İsmayılzadə oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və komaya düşüb.
Dörd aydan çoxdur koma vəziyyətində olan Vətən müharibəsi qazisi vəfat etdi
Son xəbərlər
14:25
Foto
Azərbaycan və IMF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Maliyyə14:13
Azərbaycanın iki federasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Fərdi14:09
Rektor: Özbəkistan Dövlət Dünya Dilləri Universitetində Azərbaycan dili ikinci əsas dil oldu
Elm və təhsil14:09
Nazir müavini: "Çexiya-Azərbaycan əməkdaşlığının gələcəyi "yaşıl enerji" və infrastrukturdadır" - MÜSAHİBƏ
İnfrastruktur14:08
Cəlilabadda qardaşı övladlarını baltalayan şəxs ölüb
Hadisə13:59
ADY: Qeyri-sabit hava şəraiti ilə bağlı kompleks nəzarət tədbirləri görülür
İnfrastruktur13:53
Foto
Azərbaycan Türkiyə holdinqi ilə aqrar sektora sərmayə cəlb olunmasını müzakirə edib
ASK13:49
Azərbaycana qarşı cinayətlər törətmiş şəxslərin ədalət məhkəməsinə çıxarılması haqqın bərpasıdır - RƏY
Daxili siyasət13:49