Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

Qarabağ
  • 01 may, 2026
  • 14:58
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Qarabağ Universitetini ziyarət ediblər.

"Report" xəbər verir ki, qonaqlar tədris prosesi, tələbələr və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.