Britaniya səfiri: “20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin nişanəsidir”

Qarabağ
  • 20 yanvar, 2021
  • 09:41
Britaniya səfiri: “20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin nişanəsidir”
Ceyms Şarp

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, diplomat müvafiq postu tvitter səhifəsində paylaşıb.

“2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”, - səfir yazıb.