Azərbaycan Ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib
Qarabağ
- 02 dekabr, 2020
- 12:23
Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu Araz Səmədağa oğlu Cəfərovun nəşi doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndinə gətirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhidlə yaşadığı evində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər. Daha sonra şəhid doğulduğu Qarazəncir kənd qəbiristanlığında dəfn edilib.
Onun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim edilib.
Allah rəhmət eləsin!
Son xəbərlər
09:20
UEFA Çempionlar Liqası: "Sabah" Finlandiyada "KuPS" ilə cavab oyununa çıxacaq
Futbol09:16
Biləsuvarda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.07.2026)
Maliyyə08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.07.2026)
Maliyyə08:53
Fransada bir ay ərzində üç muzey qarət edilib
Digər ölkələr08:45
Çinin şimalında iki zəlzələ baş verib
Digər ölkələr08:35
ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür
Digər ölkələr08:28
İranyönlü qruplaşmalar Səudiyyə Ərəbistanına xəbərdarlıq edib
Digər ölkələr08:15