Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 17 dəfə pozulub
Qarabağ
- 05 noyabr, 2014
- 06:02
Bakı. 5 noyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 17 dəfə pozulub.
Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Alxanlı, Aşağı Seyidəhmədli Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Son xəbərlər
11:28
Azərbaycan sığortaçıları I yarımildə 20 mindən çox "Yaşıl Kart" satıb
Maliyyə11:24
Foto
"Bank of Baku"da Azərbaycan Dili Günü – seminar təşkil edildi
Maliyyə11:19
Gürcüstan Azərbaycana qoyun tədarükündən qazancını 3 dəfəyə yaxın artırıb
Biznes11:19
2026–2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrində illik təhsil haqları açıqlanıb
Elm və təhsil11:18
SEPAH Hörmüz boğazında 3 neft tankerinin hərəkətini dayandırıb
Digər ölkələr11:14
Foto
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Xarici siyasət11:13
Foto
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
Fərdi11:10
Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
Sosial müdafiə11:10