Azərbaycanın daha bir cüdoçusu İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB-2

Fərdi
  • 09 noyabr, 2025
  • 18:42
Azərbaycanın daha bir cüdoçusu İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB-2

Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 bürünc medal qazanıb.

"Report" xəbər verir ki, 70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.

Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Azərbaycanın daha bir cüdoçusu Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 100 kq çəki dərəcəsində Zelim Kotsoyev yarımfinalda bəhreynli rəqibi Said Sadrudinovu məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, bu gün digər cüdoçumuz Südabə Ağayeva (70 kq) da həlledici mərhələyə adlayıb.

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinal mərhələsində Kamerun təmsilçisi Zita Ornella Biamini məğlub edərək adını həlledici görüşə yazdırıb.

Final qarşılaşması bu gün keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti