Aylardır axtarılan əsgərimizin bu gün şəhid xəbəri gəldi
Qarabağ
- 16 dekabr, 2020
- 18:08
Vətən müharibəsində daha bir hərbçimizin şəhid olduğu məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayon sakini, 1995-ci ildə Ürkməzli kəndində anadan olmuş Kərimov Kamil Ələddin oğlu Vətən müharibəsində Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.
Müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov sonuncu dəfə ailəsi ilə müharibənin başlanmasından bir gün öncə telefonla danışıb. Həmin gündən sonra onunla bağlı heç bir məlumat olmayan ailəsi Kamildən çox narahat idi. Bu gün isə onun şəhid olduğu məlum olub.
Şəhidimiz sabah Ürkməzli kənd qəbristanlığında dəfn ediləcək.
Allah rəhmət eləsin!
Son xəbərlər
19:21
Foto
Düşənbə və Bakı ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd edib
Xarici siyasət19:14
Samvel Karapetyanın ev dustaqlığı 2 ay uzadılıb
Digər ölkələr19:11
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
Region18:48
Əmək bazarının inkişafı istiqamətində görülən işlər və vəzifələr müzakirə olunub
Sosial müdafiə18:42
İsrail ordusu HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandirini öldürüb
Digər ölkələr18:28
Video
Zaqatalada sel səbəbindən köməksiz qalan beş nəfər xilas edilib
Hadisə18:19
Hakan Fidan iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Region18:19
Azərbaycanda qaz istehlakçıları üçün yeni qaydalar təsdiq edilib
Energetika18:17