ATƏT sədrinin nümayəndəsi təmas xəttindəki vəziyyətdən narahatdır
Qarabağ
- 03 sentyabr, 2015
- 08:09
Bakı. 3 sentyabr. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin müavini David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş sentyabrın 2-də axşam saatlarında Yerevanda keçirilib.
Xəbərə görə, tərəflər son günlər Ermənistanla Azərbaycanın dövlət sərhədində baş verənləri və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki təmas xəttindəki vəziyyəti müzakirə ediblər.
Anji Kaspşik sərhəddə və təmas xəttində baş verənlərdən narahat olduğunu bildirib.
David Tonoyan sentyabrın 3-6-da Ermənistanın keçirəcəyi "Şant-2015" hərbi təlimi ilə bağlı ATƏT nümayəndəsinə məlumat verib.
Son xəbərlər
15:19
Leypsiq aeroportunda PUA tapılıb
Digər ölkələr15:15
Elnur Cəfərov: "Həm xarici, həm də daxili arenada "Gəncə"ni uğurla təmsil etmək istəyirik"
Komanda15:12
Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib
Xarici siyasət15:12
Kobaxidze: Gürcüstanın valyuta ehtiyatları tarixi maksimuma çatıb
Region15:10
Foto
Lənkəranın kanalizasiya sistemi yenilənir
İnfrastruktur15:05
Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Digər ölkələr15:02
Arif Əsədov: "Sabah"ın "Orhus"u üstələmək üçün kifayət qədər gücü var"
Futbol14:59
"Azercell"dən illik "ZengimCELL" xidməti
İKT14:58