Ağsuda yeniyetmə və gənclər zəfər yürüşü keçiriblər
Qarabağ
- 12 noyabr, 2020
- 00:26
Ağsu şəhərində yeniyetmə və gənclər Azərbaycan Ordusunun Qarabağ müharibəsində əldə etdiyi qələbə, habelə Bayraq Günü münasibətilə yürüş keçiriblər.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhərin qərb hissəsindən, Ağsu-Kürdəmir yolunun girişindən başlayaraq, avtomobillər, ardınca isə piyadalar bayraq yürüşünə çıxıb.
Polisin müşayiəti ilə keçirilən yürüş şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib. Sakinlər küçəboyu “Qarabağ Azərbaycandır!”, “Ali Baş Komandana eşq olsun!”, “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan!” şüarları səsləndirib.
Gənclər Dövlət Bayrağı Günü və Qarabağ zəfəri münasibətilə bir-birlərini təbrik edərək, Böyük Qələbə Gününü səbirsizliklə gözlədiklərini bildiriblər.
Son xəbərlər
20:40
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək
Digər ölkələr20:20
Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib
İnfrastruktur20:14
Video
Kabo-Verde millisinin futbolçusu Sidni Kabral DÇ-2026-nın ən yaxşı qolunun müəllifi olub
Futbol20:03
Valdas Dambrauskas: "KuPS"la ilk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verir"
Futbol20:01
Lekornyu: Fransada meşə yanğınları səbəbindən 116 hektardan çox ərazi yanıb
Digər ölkələr19:44
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib
Region19:42
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək
Digər ölkələr19:30
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə qarşılaşıb
Futbol19:22