Ağalıya daha bir neçə ailənin köçürülməsinə başlanılır
Qarabağ
- 09 sentyabr, 2022
- 02:46
Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.
"Report” xəbər verir ki, rayonun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 13 ailə ikinci köç karvanı ilə yola salınacaq.
Qeyd edək ki, 12 ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb.
Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).
Son xəbərlər
21:05
"Neftçi" "İmişli"ni darmadağın edib
Futbol21:01
Video
Leyla Əliyeva Ramazan bayramı münasibəti ilə paylaşım edib
Daxili siyasət20:51
İranın Xarq adasında təhlükəsizlik bərpa olunub
Region20:33
Video
Tramp: İran Yaxın Şərqi ələ keçirmək istəyirdi
Region20:25
Rusiya XİN: Xəzərdəki İran limanına edilən hücumlar maraqlarımıza təsir edir
Region20:13
Pezeşkian qonşu ölkələrə müraciət edib
Region20:05
Modi ilə Bəhreyn Kralı İranın hücumlarını pisləyiblər
Digər ölkələr20:04
Prezidentin sosial media hesablarında Novruz bayramı münasibətilə paylaşım edilib
Daxili siyasət19:45