ABŞ dövlət katibi Azərbaycan və Ermənistana müraciət etdi
Qarabağ
- 01 oktyabr, 2020
- 21:40
ABŞ dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülhə, xarici qüvvələri isə münaqişəyə müdaxilə etməməyə çağırıb.
"Report" xəbər verir ki, ABŞ rəsmisi belə çağırışla "Fox News"a müsahibəsində çıxış edib.
"Biz münaqişənin beynəlxalq xarakter almasına qarşı çıxırıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda qalmalıdır. Biz atəşin dayandırılmasına çağırırıq. Biz iki ölkənin hər birinin liderləri ilə danışaraq, onları bunu etməyə çağırırıq", - o deyib.
"Ümid edirik ki, onlar yaxın günlərdə zorakılığın etnik və siyasi qarşıdurmaları və mübarizəni həll etməyəcəyini və üçüncü tərəflərin, digər ölkələrin onlara qoşulmasının problemi daha da artıracağını görəcəklər", - Pompeo əlavə edib.
Son xəbərlər
19:52
Qalibaf: İmpulsiv qərarlar sonsuz bir bataqlıq yaradacaq
Region19:36
Foto
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Van şəhərində konsert proqramı ilə çıxış edib
Mədəniyyət siyasəti19:30
Pentaqonda təhlükəli maddələrlə bağlı insidentə görə əməkdaşların təxliyəsinə başlanılıb
Digər ölkələr19:27
Dünya Bankı Yaxın Şərqdəki eskalasiya səbəbindən iqtisadiyyatın artım proqnozunu azaldıb
Maliyyə19:13
"Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib
Futbol19:11
Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Daxili siyasət19:04
"Zirə" yeni futbolçu ilə anlaşıb
Futbol18:59
Foto
Ukraynalı uşaqların Azərbaycanın bölgələrinə ekskursiyası təşkil edilib
Sosial müdafiə18:54
Video