Bakının bu ərazisində yaşayanların həyatı təhlükədədir - VİDEO
Multimedia
- 25 may, 2021
- 11:39
Bakının Xətai rayonunun Gəncə prospekti 97 ünvanında yaşayan insanlar üzləşdikləri problemlərdən şikayət edirlər. Onların sözlərinə görə, ərazi sürüşməyə meyillidir. Yağan yağışlar isə ərazidə daha təhlükəli durum yaradıb, hərəkət çətinləşib. Hətta əvvəl burada insanların hərəkəti üçün pilləkənlər də olub, sonra isə dağılıb, bir daha bərpa edilməyib.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem indiyədək həllini tapmayıb.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov “Report”a bildirib ki, bir müddət əvvəl Gəncə prospekti 97 ünvanına baxış keçirilib.
Onun sözlərinə görə, problemin həlli İcra Hakimiyyətinin diqqət mərkəzindədir.
Məsələ ilə bağlı süjeti təqdim edirik.
Bakının bu ərazisində yaşayanların həyatı təhlükədədir - VİDEO
Son xəbərlər
01:18
Bəqai: İranın hücum etdiyi gəmilər neft-qaz yox, ABŞ üçün silah-sursat daşıyırdı
Region00:49
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüblər
Digər ölkələr00:11
Kassis: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır
Xarici siyasət00:05
Dron hücumuna məruz qalan Türkiyəyə məxsus gəminin şəxsi heyəti Rusiyaya təxliyə olunub - YENİLƏNİB
Region23:51
Türkiyə və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlar aparılıb
Region23:45
Nəriman Axundzadə karyerasını Türkiyə Superliqasında davam etdirəcək
Futbol23:38
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
Digər ölkələr23:26
Fransanın kiçik çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb
Digər ölkələr23:14