Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb - FOTOREPORTAJ

Multimedia
  • 01 sentyabr, 2017
  • 05:05
Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb - FOTOREPORTAJ
Report/Firi Salim

Bakı. 1 sentyabr. REPORT.AZ/ Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

“Report” xəbər verir ki, bu gün saat 9:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.

Ölkə ərazisində ilk bayram namazı saat 08:00-da paytaxtın Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda sentyabrın 1-dən 4-dək qeyri-iş günüdür.

Foto: Firi Səlim