31 ölkəni birləşdirən sərgidən - FOTOREPORTAJ
- 15 may, 2019
- 11:30
Bu gün Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) işə başlayıb.
Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin 3 mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşir. Bu il sərgidə dünyanın 31 ölkəsini təmsil edən 400-dən artıq şirkət iştirak edir. Bu, ötən illə müqayisədə 10% çoxdur.
Sərgini Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
"Report" “Caspian Agro 2019”-dab fotoreportajı təqdim edir: