Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri II oxunuşda qəbul edilib
Milli Məclis
- 02 dekabr, 2025
- 16:31
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini ikinci oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.
Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.
Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Son xəbərlər
17:02
Taksi sürücüləri üçün imtahan keçirilib, 1309-u uğur qazanıb
Elm və təhsil17:01
Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq
Energetika17:01
Maliyyə naziri: "Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur"
Maliyyə17:01
Azərbaycanda erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib
Sosial müdafiə16:57
Anar Əliyev: Bu ilin 11 ayı üzrə 50 min əlillik təyinatı həyata keçirilib
Milli Məclis16:55
Azərbaycan idmançılarının yeni reytinq cədvəli bəlli olub
Fərdi16:55
Foto
XİN-də "Diplomatiya Könüllüləri" qrupu ilə ilkin tanışlıq görüşü keçirilib
Xarici siyasət16:52
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
Futbol16:47