Sahibə Qafarovanın Gürcüstana səfəri başlayıb - YENİLƏNİB
- 19 aprel, 2022
- 08:55
Gürcüstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tbilisidəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Parlamentin sədrini deputatlar, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin sədri Gürcüstana səfəri çərçivəsində, həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib və burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.
Burada Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.
12:36
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Gürcüstana rəsmi başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstan Parlamenti sədrinin müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Bu gün S.Qafarovanın Gürcüstanın rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.