Komitə sədri regionlarda toplanılan vergilərin bir hissəsinin öz səlahiyyətlərinə verilməsini təklif edib
- 07 noyabr, 2025
- 12:37
Azərbaycanda regionlarda toplanılan vergilərin bir hissəsinin öz səlahiyyətlərinə verilməsi təklif olunur.
"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edib.
Onun sözlərinə görə, rayon rəhbərliyi həmin büdcəni abadlıq, quruculuq işlərinə, o cümlədən şəhid, qazi ailələrinin müraciətlərinə sərf edə bilər:
Bu, həm də regionlar arasında qarşılıqlı rəqabəti təmin edər".
S.Novruzov həmçinin Azərbaycanda bələdiyyələrə dotasiyaların artırılmasını da təklif edib:
"Azərbaycanda ən kiçik bələdiyyələr belə üç mindən artıq sakini əhatə edir, ancaq ayrılan dotasiyaların həcmi ötənilki kimi qalıb. Bütün sahələrdə artım olduğu halda, bələdiyyələrdə belə bir şey nəzərə alınmayıb. Heç olmasa bələdiyyələrə də qismən artım nəzərdə tutulmalıdır. Bununla da onlar uşaq meydançaları yarada, ahıllar üçün parklar sala bilərlər. Bələdiyyələrə çox sayda aztəminatlı ailələr müəyyən problemlərin həll olunması ilə bağlı müraciət edirlər. Onların bunu həll edə bilmək imkanı olmalıdır".