Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək
Milli Məclis
- 27 aprel, 2021
- 08:26
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, qanunun 20.1-ci maddəsinə dəyişiklik olunur.
Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Son xəbərlər
19:21
Video
İran vətəndaşı vasitəsilə əldə etdiyi narkotiki Bakıda satan şəxs tutulub
Hadisə19:14
İsveç ABŞ silahlarının alınması üçün Ukraynaya 100 milyon dollar ayıracaq
Digər ölkələr18:59
Foto
Hərbi Hava Qüvvələrində yoxlamalar keçirilib
Hərbi18:59
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
Komanda18:57
Gürcüstanda 6 ildən köhnə avtomobillərə qoyulan qadağa tranzit və reeksporta şamil olunmayacaq
Region18:47
Video
WUF13 Könüllü Proqramına müraciət edən 10 mindən çox namizəd müsahibəyə dəvət olunub
Xarici siyasət18:44
Foto
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin son iştirakçıları müəyyənləşib
Fərdi18:32
Merts: Almaniya Aİ-nin Kreml ilə birbaşa əlaqələrində məna görmür
Digər ölkələr18:29