Deputat: Ermənistan sülhə maneələri aradan qaldırmalı, konstitusiyasında dəyişikliklər etməlidir

Milli Məclis
  • 09 sentyabr, 2025
  • 13:40
Deputat: Ermənistan sülhə maneələri aradan qaldırmalı, konstitusiyasında dəyişikliklər etməlidir
Nizami Səfərov

XXI əsrin birinci yarısı Azərbaycanın dövlətçilik tarixinin intibah dövrü kimi yaddaşlarda qalacaq. 

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib. 

Onun sözlərinə görə, təkcə bölgə üçün deyil, çağdaş dünya birliyi üçün də xalqın milli maraqlarının qorunmasının Azərbaycan modeli qlobal müstəvidə ibrətamiz nümunə oldu:

"Bəzi xarici mənbələrdə Vaşinqtonda paraflanan sülh sazişi ilə bağlı müxtəlif yalnış fikirlər söylənilir. Nəzərə almaq lazımdır ki, paraflanma beynəlxalq hüquqi prosedurdur və onun tövsifini  vermək üçün "Müqavilələr hüququ haqqında" 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına müraciət etmək lazımdır. Həm Azərbaycan, həm də Ermənistan Konvensiyanın iştirakçılarıdrılar. Konvensiyanın 12-ci maddəsi "İmzalama yolu ilə müqavilənin məcburiliyinə razılıq" adlanır və dövlətin paraflanan beynəlxalq razılaşmasına münasibətini əks etdirir". 

Milli Məclisin üzvü həmçinin bildirib ki, beynəlxalq müqavillələr hüququnda paraflanma həmçinin müqavilənin mətninin razılaşdırılması və onun yekun xarakteri daşımasını təsdiq edən müvafiq səlahiyyətli şəxslər tərəfindən ilkin imzalanması prosedurudur: 

"Müqavilələr hüququ haqqında" Vyana Konvensiyasının digər yüksək əhəməyyətli 18-ci maddəsində müqavilənin qüvvəyə minməsinə qədər müqavilənin obyekt və məqsədinin heçə endirilməməsi öhdəliyi öz əksini tapıb. Ermənistan bu Konvensiyadan irəli gələn beynəlxalq öhdliklərin daşıyıcısı kimi paraflanmış sülh sazişinin obyekti və məqsədinə zidd maneələri aradan qaldırmalıdır və öz konstitusiyasında müvafiq dəşikliklər etməlidir".