Azərbaycanda Cümhuriyyət parkının salınması təklif edilir

Milli Məclis
  • 29 yanvar, 2018
  • 08:16
Azərbaycanda Cümhuriyyət parkının salınması təklif edilir
Report

Bakı. 29 yanvar. REPORT.AZ/ “Azərbaycanda Cumhuriyyət parkı salınmalıdır”.

“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov çıxış edib.

O bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucadılmalıdır: “Belə fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də bilər. Amma parkın salınması vacibdir”.