Anar Əliyev: Bu ilin 11 ayı üzrə 50 min əlillik təyinatı həyata keçirilib

Milli Məclis
  • 02 dekabr, 2025
  • 16:57
Anar Əliyev: Bu ilin 11 ayı üzrə 50 min əlillik təyinatı həyata keçirilib

Bu ilin 11 ayı üzrə 50 min əlillik təyinatı həyata keçirilib.

"Report" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur:

"Ötən müddət ərzində əmək müqavilələrinin sayında 44 faiz artım müşahidə edirik. Eyni zamanda, əməkhaqqı fondunda isə 3,2 dəfə artım qeydə alınıb. Biz bundan sonra da tempi saxlamaq istəyirik. Yəni hökumətin bütün səyləri bu istiqamətə yönəlib və islahatlar davam edəcək. O cümlədən qeyri-formal məşğulluğa qarşı da ardıcıl tədbirlər həyata keçiriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti