Nazirlik rəsmisi: Media savadlılığı məktəbdən başlayır

Media
  • 22 dekabr, 2025
  • 15:51
Nazirlik rəsmisi: Media savadlılığı məktəbdən başlayır
Səbuhi Rzayev

Media savadlılığı mövzusu məktəbdən başlayır.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev "Media Savadlılığı Konfransı"da deyib.

Onun sözlərinə görə, artıq məktəblərdə bu istiqamətdə müəyyən uğurlu işlər var:

"Aşağı siniflərdə dərslərdə kibertəhlükəsizlik kimi məlumatlara geniş yer ayrılır. Yuxarı siniflərdə isə şagirdlərə məlumatların təhlili öyrədilir".

Nazirlik rəsmisi qeyd edib ki, bu sahənin ayrıca fənn kimi tədrisi əvəzinə, digər sahələrlə əlaqələndirilərək məktəblərdə keçirilməsi daha məqsədəuyğundur.

"Aparılan monitorinqlər göstərir ki, ölkədə şagirdlər arasında oxuyub-anlama səviyyəsi qənaətbəxş səviyyədə deyil. Düşünürük ki, media savadlılığı üçün, ilk növbədə, oxuyub-anlama bacarığı inkişaf etdirilməlidir. Bunun üçün tədbirlər davam etdirilir. Hər il bunun üçün tədris proqramları yenilənir", - o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti