Milli.az-ın 8 yaşı tamam olur
- 01 fevral, 2018
- 10:16
Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Milli.az internet portalının yaranma günüdür.
“Report”un xəbərinə görə, saytın fəaliyyətə başlamasından 8 il ötür.
2010-cu ilin fevralın 1-də yaradılan Milli.az xəbər portalı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, fotoreportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.
Səkkiz il ərzində Milli.az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib. Bu gün Milli.az İnternet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.
“Report” İnformasiya Agentliyi olaraq Milli.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!