Azərbaycanlı jurnalistlər Ürgəncdə Damar süd zavodunda olublar

Media
  • 06 noyabr, 2025
  • 17:52
Azərbaycanlı jurnalistlər Ürgəncdə Damar süd zavodunda olublar

Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində Azərbaycanın media nümayəndələri Ürgənc şəhərində yerləşən Damar süd zavodunu ziyarət ediblər.

"Report"un müxbirinin verdiyi məlumata görə, zavod Xarəzmin ənənəvi reseptləri əsasında pendir və süd məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Jurnalistlər texnoloji proseslə tanış olublar. Müəssisədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən cins inəklərdən əldə edilmiş xammal emal edilir. Emal prosesində Avropa avadanlığı və müasir texnologiyalardan istifadə olunur.

Zavodun məhsul çeşidində müxtəlif növ pendirlər: təbii Damar pendiri, Xarəzm pendiri, həmçinin əridilmiş və hisə verilmiş pendir məhsulları təqdim olunur.

Zavod nümayəndələri vurğulayıblar ki, şirkət istifadə olunan inqrediyentlərin yüksək keyfiyyətinə və təbiiliyinə xüsusi diqqət yetirir.

Son xəbərlər

Bütün Xəbər Lenti