Xalq artisti Əminə Yusifqızı dəfn olunub - YENİLƏNİB-2
- 10 oktyabr, 2025
- 16:06

Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
"Report" xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Mərasimin ardınca cənazə "Qud qapısı" qəbiristanlığına aparılaraq dəfn olunub.
Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb.
"Report" xəbər verir ki, mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.
Vida mərasimində Xalq artistinin Azərbaycan mədəniyyətinə töhfəsindən bəhs olunub.
Onun yaradıcılığının daim yaşayacağı ifadə olunub.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edir.