Şuşa sakinlərinin əl işlərindən ibarət sərgi təşkil olunub
Mədəniyyət
- 08 noyabr, 2025
- 12:41
Şuşa şəhərində sakinlərin əl işlərindən ibarət sərgi təşkil edilib.
"Report"un Şuşaya ezam edilən əməkdaşı xəbər verir ki, sərgi 8 Noyabr - Zəfər Gününə həsr olunub.
Sakinlərin Şuşanın rəmzi olan "Xarıbülbül"ü əks etdirən müxtəlif formalı əl işləri, həmçinin rəsm və oyma sənəti nümunələri, musiqi alətləri əsasən şəhərin mərkəzindəki "Güllü bağ" parkı, Şuşanın giriş qapıları və Qala divarları səmtində sərgilənir.
Sərgi şəhər sakinləri və Şuşaya gələn qonaqların marağına səbəb olub.
Qeyd edək ki, Zəfər Gününə həsr olunan tədbirlər Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilib.
Son xəbərlər
11:37
Ceyhun Bayramov: Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır
Xarici siyasət11:19
Foto
Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatına start verilib
Fərdi11:12
Video
DTX Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Daxili siyasət11:10
Ukraynada Azərbaycan əsilli polis əməkdaşı həlak olub
Region11:04
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Daxili siyasət11:03
Messi 400-cü assistini edib
Futbol10:47
Foto
Bakıda keçirilən Hərbi parad dünya KİV-ində geniş işıqlandırılıb
Xarici siyasət10:38
XİN: Üçrəngli bayrağımız Azərbaycanın zəngin tarixini və parlaq gələcəyini təcəssüm etdirir
Daxili siyasət10:34