Özbəkistanda konqres iştirakçılarına Quranın ən qədim əlyazmalarından biri nümayiş edilib

Mədəniyyət
  • 14 noyabr, 2025
  • 09:49
Özbəkistanda konqres iştirakçılarına Quranın ən qədim əlyazmalarından biri nümayiş edilib

"Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresinin iştirakçıları Özbəkistanın paytaxtı Daşkənddə yerləşən İslam Sivilizasiyası Mərkəzindəki Quran zalını ziyarət ediblər.

"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlara müsəlmanların müqəddəs kitabının dünyada qorunan ən qədim əlyazmalarından birini görmək fürsəti verilib.

Bu Quran üçüncü rəşidi xəlifəsi Osman ibn Əffanın tapşırığı ilə çoxaldılmış və bu gün UNESCO-nun ümumdünya irsi "Dünya Yaddaşı" siyahısına daxildir.

Qeyd olunur ki, tarixi əlyazmanın saxlanıldığı zal Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi müəllif konsepsiyası əsasında inşa edilib. Əlyazma təxminən 60 metr hündürlüyündə olan yüksək günbəz altında, İslam Sivilizasiyası Mərkəzinin bölmələrindən birində yerləşdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti