Bakı qlobal, regional təşəbbüslərin həyata keçirilməsində UNESCO-ya dəstək göstərməyə hazırdır

Mədəniyyət
  • 08 noyabr, 2025
  • 12:17
Bakı qlobal, regional təşəbbüslərin həyata keçirilməsində UNESCO-ya dəstək göstərməyə hazırdır

Azərbaycan UNESCO-nun qlobal və regional təşəbbüsləri, proqramları və layihələrinin həyata keçirilməsində bundan sonra da fəal şəkildə dəstək göstərmək niyyətindədir.

"Report" Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinə istinadən xəbər verir ki, bu məsələ Baş Konfransın 43-cü sessiyası çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun təşkilatın yeni baş direktoru Xalid əl-Anani ilə görüşü zamanı müzakirə olunub.

"Elnur Məmmədov Azərbaycan hökuməti adından Xalid əl-Ananini yeni təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycanla UNESCO arasında gələcək təşəbbüslərin həyata keçirilməsində tərəfdaşlıq və əməkdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycan qlobal və regional təşəbbüslərin, proqram və layihələrin həyata keçirilməsində təşkilata bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib", - məlumatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti