Zərifə Salahova: "Tahir Salahovun cənazəsi sabah Azərbaycana gətiriləcək"
Mədəniyyət siyasəti
- 22 may, 2021
- 05:48

Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək.
Bunu “Report”a açıqlamasında mərhumun bacısı Zərifə Salahova deyib.
Onun sözlərinə görə, cənazə mayın 23-də AZAL-a məxsus təyyarə ilə Frankfurtdan Bakıya yola salınacaq.
Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.
Son xəbərlər
09:31
Bakıda sahəsi 14400 m² olan istixanada yanğın olub
Hadisə09:28
Foto
Azərbaycan Çinə fındıq və badam ixrac edəcək
Biznes09:26
Bakı metrosunda problem yaranıb
İnfrastruktur09:15
Messi futbol tarixində daha bir rekorda imza atıb
Futbol09:05
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri təyinat alıblar
Komanda09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.10.2025)
Maliyyə09:03
"AFB Bank"ın depozit portfeli 8 % azalıb
Maliyyə08:54
KİV: İsrail "Rəfah" sərhəd keçid məntəqəsini açacaq
Digər ölkələr08:51